BMT baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Sabirabaddakı Qalaqayın çadır şəhərciyində olub

BMT baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Sabirabaddakı Qalaqayın çadır şəhərciyində olub
# 04 aprel 2007 15:05 (UTC +04:00)
BMT baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Valter Kalin Sabirabad rayonundakı Qalaqayın çadır şəhərciyində olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri İlham Əsgərov məlumat verib. Bu gün günorta saatlarında BMT baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi cənab Valter Kalin və baş nazirin müavini Əli Həsənov Sabirabaddakı Qalaqayın qaçqın şəhərciyində olub və qaçqınların həyat şəraiti ilə maraqlanaraq onları dinləyiblər. Sonra isə qonaqlar İmişli və Biləsuvar rayonlarına yola düşüblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR