Ermənistanda əsirlikdə olan Samir Məmmədovun valideynləri Elmira Süleymanova və Şahin Sayılovla görüşüblər

Ermənistanda əsirlikdə olan Samir Məmmədovun valideynləri Elmira Süleymanova və Şahin Sayılovla görüşüblər
# 05 aprel 2007 12:01 (UTC +04:00)
Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən əsgəri Samir Məmmədovun valideynləri ombudsman Elmira Süleymanova və Əsir, Girov Götürülmüş və İtkin Düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasının katibi Şahin Sayılovla görüşüblər. Bu barədə APA-ya əsirin əmisi Vidadi Məmmədov məlumat verib. Onun sözlərinə görə, həm E. Süleymanova, həm də Ş. Sayılov S. Məmmədovun vətənə qaytarılması məsələsinin diqqət mərkəzində olduğunu bəyan ediblər. Əsir əsgərin valideynləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndəliyində də olub, Samir Məmmədova yazdıqları məktubu nümayəndəliyə təqdim ediblər. BQXK-nin Bakı nümayəndəliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, qurumun Ermənistandakı təmsilçilərinin əsir əsgərlə sonuncu görüşü martın 21-də olub.
Xatırladaq ki, S. Məmmədov ötən il dekabrın 24-də əsir götürülüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR