Bank Of Baku

Azərbaycanda indiyədək 55372 ailə ünvanlı sosial yardım alıb

Azərbaycanda indiyədək 55372 ailə ünvanlı sosial yardım alıb
# 05 aprel 2007 12:23 (UTC +04:00)
Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə ünvanlı sosial yardım almaq üçün 86 777 ailə müraciət edib. Hesabat dövründə müraciət edənlərin 71,9%-nin (62 397 ailə) sənədləri qeydiyyata alınıb. Nazirliyin mətbuat xidmətindən “APA-Economic”ə verilən məlumata görə, 29 612 ailə (47,46%) ilk dəfə yenidən qeydiyyata alınıb, 32 785 ailə (52,54%) isə təkrar müraciət edib.
ƏSMM-lərdə yaradılmış müvafiq komissiya tərəfindən 51 547 sənədə (qeydiyyata alınmış sənədlərin 82,6%) baxılıb və nəticədə 20 367 ailəyə (44%) ilk dəfə, 25 866 ailəyə (56%) təkrarən ünvanlı sosial yardım təyin edilib. Ünvanlı yardım təyin edilən ailələrin əhatə etdiyi insanların sayı 210 758 nəfər, adambaşına düşən ünvanlı sosial yardımın məbləği 14,51 manat, hər ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 66,25 manatdır. Ünvanlı sosial yardım təyin olunmasından imtina edilən ailələrin sayı isə 3654 (7,1%), o cümlədən 2 il müddətinə ünvanlı sosial yardım almaqdan məhrum olanlar 1357 (37,1%) təşkil edib.
Qeyd edək ki, indiyədək 55 372 ailə ünvanlı sosial yardım alıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR