Bank Of Baku

Ombudsman əsir əsgərimizin geri qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə müraciət edib

Ombudsman əsir əsgərimizin geri qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə müraciət edib
# 05 aprel 2007 16:37 (UTC +04:00)
Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Müraciətdə S. Məmmədovun ötən il dekabrın 24-də erməni hərbi qüvvələri tərəfindən əsir götürüldüyü və uzun müddət keçməsinə baxmayaraq əsirlikdə saxlandığı qeyd olunub. Ombudsman əsir əsgərin valideynlərinin ona müraciət edərək, övladlarının erməni əsirliyindən azal edilib vətənə qaytarılmasına kömək göstərməyi xahiş etdiklərini nəzərə çatdırıb. E. Süleymanova M. Amaşerdən əsirin mümkün qədər qısa müddət ərzində Azərbaycana qaytarılmasında və əsirlikdə olduğu müddətdə onun işgəncələrə, insan ləyaqətini alçaldan rəftara, cəzaya məruz qalmamasının təmin edilməsində yardımçı olmasını xahiş edib. Belə bir müraciət BQXK-nin Cenevrədəki mərkəzi iqamətgahına, qurumun prezidenti cənab Y. Kellenbergerə də ünvanlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR