Bank Of Baku

Zaqatala və Qax rayonlarında “Hərəmiz bir ağac əkək” layihəsi çərçivəsində iməcilik keçirilir

Zaqatala və Qax rayonlarında “Hərəmiz bir ağac əkək” layihəsi çərçivəsində iməcilik keçirilir
# 06 aprel 2007 10:20 (UTC +04:00)
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Hərəmiz bir ağac əkək” layihəsi çərçivəsində bu gün Zaqatala və Qax rayonlarında iməcilik keçirilir. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala və Qax Rayon İcra Hakimiyyəti aparatlarından məlumat verilib. Zaqatalada aksiyaya rayonun müəssisə və idarələri, orta məktəbləri və bir çox rayon sakinləri qoşulub. Tədbir zamanı şəhərin ərazisinə, idarə və müəssisələrin həyətinə ümumilikdə 5 min şam ağacı, Balakən-Zaqatala magistral yolunun kənarlarına akasiya və bir sıra ağacların əkilməsi nəzərdə tutulur. “Hərəmiz bir ağac əkək” kampaniyasına rayonun bütün kəndləri də qoşulub. Qaxda keçirilən iməcilik isə 10 gün ərzində davam etdiriləcək. Aksiyada rayonun idarə və müəssisələri, orta məktəbləri və rayon sakinləri iştirak edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR