BMT Uşaq Hüquqları Komitəsinin tövsiyələri əsasında hazırlanan Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub

BMT Uşaq Hüquqları Komitəsinin tövsiyələri əsasında hazırlanan Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub
# 06 aprel 2007 11:30 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələri əsasında hazırlanan Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitənin sədr müavini Aynur Sofiyeva bildirib ki, sənəd 2007-2009-cu illəri əhatə edəcək. Onun sözlərinə görə, BMT Uşaq Hüquqları Komitəsinin Azərbaycan hökumətinin təqdim etdiyi Uşaq Hüquqları haqqında Konvensiyasının yerinə yetirilməsinə dair yekun rəyində qeyd olunan müsbət məqamlarla yanaşı, Azərbaycana tövsiyələr də əksini tapıb. Bu tövsiyələrə əsasən Azərbaycanda uşaq hüquqları və uşaq problemləri sahəsində fəaliyyət göstərən dövlət orqanları, yerli qeyri-hökumət və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində Uşaqlarla İş üzrə Respublika Koordinasiya Şurası yaradılıb. Sədr müavini deyib ki, tədbir zamanı irəli sürülən maraqlı rəy və təkliflər Milli Fəaliyyət Planında öz əksini tapacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR