Bank Of Baku

4 aprel Beynəlxalq Mina xəbərdarlığı və mina təhlükəsi ilə mübarizə tədbirlərinə yardım günü münasibətilə mətbuat konfransı keçirilib

4 aprel  Beynəlxalq Mina xəbərdarlığı və mina təhlükəsi ilə mübarizə tədbirlərinə yardım günü münasibətilə mətbuat konfransı keçirilib
# 06 aprel 2007 14:21 (UTC +04:00)
Bu gün 4 aprel Beynəlxalq Mina xəbərdarlığı və mina təhlükəsi ilə mübarizə tədbirlərinə yardım günü münasibətilə mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat üzrə meneceri Əziz Əliyev bildirib ki, son bir ildə dünyada 15 minə yaxın adam minanın partlaması nəticəsində ölüb. Mina qurbanlarının 50 faizi isə mülki şəxslər olub. Ə. Əliyev Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycan vətəndaşlarından 5-7 minə qədərinin xəsarət aldığını da deyib: “Bu, qeyri-rəsmi məlumat olsa da, həqiqətə uyğundur. Çünki münaqişənin ilk dövrlərində hərbi əməliyyatlarda iştirak edən birləşmələr əsasən özünümüdafiə dəstələrindən ibarət olub. Bu zaman döyüşlərdə kimin nədən xəsarət alması müəyyənləşdirilməyib. Bizim rəsmi hesablamamızda isə 1.882 nəfərin minadan xəsarət alması göstərilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR