Bank Of Baku

BMT baş katibinin nümayəndəsi hazırlayacağı hesabatda köçkünlərin öz yerlərinə qayıtması məsələsini xüsusi qeyd edəcək

BMT baş katibinin nümayəndəsi hazırlayacağı hesabatda köçkünlərin öz yerlərinə qayıtması məsələsini xüsusi qeyd edəcək
# 06 aprel 2007 15:17 (UTC +04:00)
BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, V. Kalin Azərbaycan hökumətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində göstərdiyi səyləri və əldə etdiyi nailiyyətləri valehedici adlandırıb. Bununla yanaşı, qonaq hesab edir ki, bu sahədə bir sıra mühüm işlər də görülməlidir. Görüləcək işlər arasında o, köçkünlərin işlə təminatını qeyd edib və BMT-nin müvafiq strukturlarının bu işdə Azərbaycana kömək göstərməyə hazır olduğunu bildirib. Köçkünlərin geri qayıtmasının vacibliyini vurğulayan BMT təmsilçisi Azərbaycan hökuməti və beynəlxalq ictimaiyyəti bu məqsədə nail olmaq üçün öz səylərini davam etdirməyə çağırıb. Qayıdış üçün plan üzərində işin başlanmasından məmnunluğunu bildirən V. Kalin qayıdışın tez bir zamanda mümkün olmadığını da söyləyib. O deyib ki, qayıdış çoxmərhələli prosesdir, azad olunan ərazilərin minalardan təmizlənməsi, infrastrukturun və iqtisadiyyatın bərpası çətin vəzifədir. Valter Kalin səfərin yekunları ilə bağlı hesabat hazırlayacağını, həmin sənəddə köçkünlərin öz yerlərinə qayıtması məsələsini xüsusi qeyd edəcəyini açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR