Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin Bakı ofisi arasında anlaşma memorondumu imzalanıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin Bakı ofisi arasında anlaşma memorondumu imzalanıb
# 07 aprel 2007 11:15 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya verilən məlumata görə, görüşdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Cəmiyyəti ilə qurulan əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb. Nazir qeyd edib ki, Almaniya hökuməti ilə Fövqəladə Hallar Nazirliyi arasında müəyyən sahələrdə əməkdaşlıq üzrə danışıqlar aparılır.
Öz növbəsində Franz Heinzmann son illərdə ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdiyini məmnunluqla vurğulayıb. Qurumun yeni yaranmasına baxmayaraq həyata keçirilən işlər baxımından əldə edilən nailiyyətlərdən razılıqla danışıb. Franz Heinzmann dünyanın 130-dək ölkəsi ilə əlaqələrin olduğunu, müxtəlif regionlarda baş verən müxtəlif xarakterli fövqəladə halların aradan qaldırılmasında yardımçı olduqlarını da vurğulayıb. Görüş çərçivəsində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Cəmiyyətinin Bakı ofisinin direktoru Franz Heinzmann “Qafqaz təşəbbüsü çərçivəsində Azərbaycanda İctimai Yönümlü Erkən Xəbərdarlıq və Fəlakətlərin Qarşısının Alınmasına dair Anlaşma Memorandumu” u imzalayıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR