Bank Of Baku

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağac əkiblər

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağac əkiblər
# 08 aprel 2007 13:24 (UTC +04:00)
Aprelin 8-də Fövqəladə Hallar Nazirliyi (FHN) “Heydər Əliyev” Fondunun “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində nazirliyin “İzotop” Xüsusui kombinatının Bakı Radioaktiv Tullantılar Mərkəzinin ərazisində ağac əkiblər. APA-nın məlumatına görə, tədbirdə FHN-in mərkəzi aparatının əməkdaşları, Bakı şəhərindəki yanğınsöndürmə dəstələrinin, həmçinin Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti iştirak edib. Kampaniyada fövqəladə hallar naziri Kəmaləddin Heydərov da iştirak edib. K.Heydərov kampaniya ilə əlaqədar jurnalistlərə bildirib ki, Bakı Radioaktiv Tullantılar Mərkəzinin ərazisində 8 min ağac əkilib. K.Heydərov onu da əlavə edib ki, bu gün və gələn həftə ərzində FHN-in regionlardakı qurumları tərəfindən 30 mindən artıq ağacın əkilməsi planlaşdırılır./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR