Bank Of Baku

Böyük Britaniyanın Təhsil, Gənclər və İdman nazirliklərinin və UNİCEF-in əməkdaşlarından ibarət nümayəndə heyəti Gəncədə olub

Böyük Britaniyanın Təhsil, Gənclər və İdman nazirliklərinin və UNİCEF-in əməkdaşlarından ibarət nümayəndə heyəti Gəncədə olub
# 09 aprel 2007 08:15 (UTC +04:00)
Böyük Britaniyanın Təhsil, Gənclər və İdman nazirliklərinin və UNİCEF-in əməkdaşlarından ibarət nümayəndə heyəti Gəncə şəhərində olub. Onlar səfər çərçivəsində Gəncədə idmanın vəziyyəti ilə maraqlanıblar. Bu barədə APA-nın qərb bürosuna Gəncə Şəhər Gənclər və İdman İdarəsinin rəisi Möhsün Hüseynov məlumat verib. Onun sözlərinə görə, qonaqlar Gəncənin bir neçə orta məktəbində olub, onların şəraitləri və texniki bazaları ilə maraqlanıblar. M. Hüseynov əlavə edib ki, nümayəndələr şəhərin futbol stadionu və Gəncə Olimpiya Kompleksinə də baxış keçiriblər: “Qonaqlar ümumilikdə Gəncədə idmanın vəziyyətini qənaətbəxş hesab ediblər. Orta məktəblərdə bir az problemlər mövcuddur. Onların həlli yolları da müzakirə olundu”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR