Bank Of Baku

Gəncə Şəhərsalma Şurasının iclası keçirilib

Gəncə Şəhərsalma Şurasının iclası keçirilib
# 09 aprel 2007 09:52 (UTC +04:00)
Gəncə şəhər icra hakimiyyətində ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhərsalma Şurasının növbəti geniş iclası keçirilib. İclasda şəhərdə inşası nəzərdə tutulmuş sosial-mədəni obyektlərin, yaşayış binalarının, eləcə də digər tikinti komplekslərinin layihələri müzakirə olunub. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, iclasda çıxış edən Gəncə şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov şəhərdə yeni salınacaq yaşayış obyektlərinin inşasının Gəncənin simasının keyfiyyətcə yaxşılığa doğru dəyişməsində xüsusi rolu olacağını qeyd edib. İclasın gedişində Gəncə şəhərinin baş memarı Məmməd İbrahimov yeni layihələri təqdim edib. Tədbirdə təqdim olunan yeni obyektlərin layihələri içərisində prezident İlham Əliyevin təşəbbüsü ilə müasir üslubda tikiləcək Gəncə Dövlət Dram Teatrının yeni binasının ilkin layihəsi böyük maraq doğurub. Tədbirdə çıxış edən natiqlər rəy və təkliflərini söyləyib, yeni inşa olunan tikililərə dair layihələri bəyəndiklərini qeyd ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR