“Təhlükəsizliyin öz əlindədir” layihəsi ilə bağlı mətbuat konfransı keçirilib

“Təhlükəsizliyin öz əlindədir” layihəsi ilə bağlı mətbuat konfransı keçirilib
# 09 aprel 2007 11:13 (UTC +04:00)
Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) “Təhlükəsizliyin öz əlindədir” layihəsi ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, AKİB-in baş direktoru Asim Əliyev bildirib ki, bu günə qədər dünyada 200 min adamın HİV/QİÇS-dən ölüb, hər 5 dəqiqə ərzində isə bir insan bu xəstəliyə yoluxur. O, virusla mübarizə aparmaq üçün cəmiyyətin səfərbər olmasının zəruriliyini də vurğulayıb: “Xəstəliyə yoluxanların sayının çoxluğunu nəzərə alıb, başqa mübarizə metodları axtarırıq. Hesab edirik ki, artıq bədii vasitələrdən istifadə etməklə insanlara bu xəstəlik və virusa yoluxma haqda məlumat vermək olar”. Tədbirin sonunda isə HİV/QİÇS-lə mübarizəyə həsr olunan hər iki klip mətbuat nümayəndələrinə təqdim olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR