Bank Of Baku

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov: “İşıq pulunun ödənilməsi ilə bağlı heç kimə təzyiqlər edilmir”

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov: “İşıq pulunun ödənilməsi ilə bağlı heç kimə təzyiqlər edilmir”
# 09 aprel 2007 12:05 (UTC +04:00)
“İstehlak olunmuş elektrik enerjisi və qazın dəyərinin ödənməsi ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan vətəndaşlara hər hansısa təzyiqlər göstərilmir”. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Büdcədən maliyyələşən təşkilatlarda çalışan Gəncə sakinlərinin əmək haqlarından icra hakimiyyəti başçısının göstərişi ilə hər ay müəyyən miqdarda vəsaitin tutulması ilə bağlı şayiələrə gəlincə, E.Əzizov bunu təsdiqləməyib: “İşıq pulunun ödənilməsi ilə bağlı heç kimə təzyiqlər edilmir. Sadəcə olaraq maarifləndirmə işləri aparılır”.
E.Əzizov həmçinin qeyd edib ki, keçmiş polis əməkdaşı Koroğlu Qasımov polis sıralarından xaric ediləndən sonra bu qurumda ciddi dəyişikliklər baş verib. İcra hakimiyyətinə polislə bağlı daxil olan şikayətlərin sayı azalıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR