Bank Of Baku

Ötən həftə Bakıda baş verən 31 yol-qəza hadisəsi 8 nəfərin ölümü ilə nəticələnib

Ötən həftə Bakıda baş verən 31 yol-qəza hadisəsi 8 nəfərin ölümü ilə nəticələnib
# 09 aprel 2007 12:28 (UTC +04:00)
Ötən həftə Bakı şəhərində baş verən 31 yol-qəza hadisəsi 8 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə nəticələnib. Bu barədə APA-ya Bakı şəhər Yol Polisi İdarəsinin təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, ötən ayın sön həftəsi ilə müqayisədə yol-qəza hadisələri və ölümlərin sayı artıb, 4 xəsarət faktı isə azalıb. V. Əsədov bildirib ki, aprelin ilk həftəsində 7523 sürücünü törətdikləri xətaya uyğun cəzalandırılıb. Avtomobili sərxoş vəziyyətdə idarə etməyə görə 135, qəza şəraiti yaratdığına görə 153, polisə tabe olmadığına görə 8, işıqforu qırmızı işıqda keçdiyinə görə 267, sürət həddini aşdığına görə 194 sürücü müvafiq şəkildə cəzalandırılıb. Qeyd edək ki, bu il yanvarın 1-dən aprelin 7-dək Bakı şəhərində baş verən 409 yol-qəza hadisəsində 89 nəfər həlak olub, 477 nəfər müxtəlif dərəcəli xəsarət alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR