Bank Of Baku

RTÜK nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

RTÜK nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb
# 09 aprel 2007 12:34 (UTC +04:00)
Türkiyə Radio Televiziya Üst Kurulu (RTÜK) nümayəndələrinin Azərbaycana səfəri dünən başa çatıb. Bu bərədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. N. Məhərrəmli deyib ki, RTÜK-lə MTRŞ arasında imzalanan “İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və işbirliyi protokolu”na uyğun olaraq tərəflər texniki yeniliklərlə bağlı bir-birini daim məlumatlandıracaq, qarşılıqlı yardım göstərəcək, kadr məsələlərinin daha yaxşı təşkil olunmasında əməkdaşlıq edəcəklər. Həmçinin MTRŞ əməkdaşları Türkiyədə bu məsələlərlə bağlı təkmilləşmə kursları keçə bilərlər. Sənədə görə, RTÜK ilə MTRŞ birgə dəyirmi masalar, seminarlar təşkil edəcək, təhsil və mədəniyyətlə bağlı proqramların hazırlanması baxımından bir-birlərinə qarşılıqlı yardım göstərəcəklər. Qeyd edək ki, RTÜK başqanı Zahid Akmanın rəhbərlik etdiyi heyət Azərbaycana aprelin 5-də gəlib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR