Bank Of Baku

“Müasir Azərbaycan gəncləri son 10 ildə: nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib

“Müasir Azərbaycan gəncləri son 10 ildə: nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib
# 10 aprel 2007 09:57 (UTC +04:00)
Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Müasir Azərbaycan gəncləri son 10 ildə: nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, dövlət başçısının sərəncamı ilə 2007-ci il Gənclər İli elan edilib. Bu tədbirin də Gənclər İli çərçivəsində keçirildiyini deyən nazir bildirib ki, Gənclər İlinin qeyd olunması gənclər üçün geniş imkanlar açır. Gəncərlə bağlı statistik məlumatları açıqlayan Dövlət Statistika Komitəsinin nümayəndəsi Valeh Musayev isə deyib ki, Azərbaycan əhalisinin 29%-i və ya 4 milyon nəfərdən çoxu gəncdir. Gənclərin 52%-i şəhərdə, 48%-i kəndlərdə yaşayır. Onların yarıdan çoxunu qadınlar təşkil edir. Nikaha daxil olan gənclərin sayının artdığını deyən V. Musayev bildirib ki, boşananların arasında gənclərin ümumi sayı 52%-dən 41%-ə enib. Gənclər arasında ölüm halları da azalıb. 1997-ci ildə gənclərin 6,6%-i ölürdüsə, 2006-cı ildə bu rəqəm 4,8% olub. V. Musayevin sözlərinə görə, gənclərin 89%-i sağlamlığını yaxşı qiymətləndirir. Sağlamlığından narazı qalanlar isə daha çox 30-34 yaş arasında olan gənclərdir. Gənclər üzrə məşğulluq səviyyəsi də 16%-dən 12%-ə enib. Kişilər üzrə bu göstərici 15%-dən 11%-dək, qadınlar arasında 18%-dən 12%-dək azalıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR