Bank Of Baku

Gəncənin 9 orta məktəbində bufetlər bağlanıb

Gəncənin 9 orta məktəbində bufetlər bağlanıb
# 10 aprel 2007 13:51 (UTC +04:00)
Gəncənin 9 orta məktəbində iaşə obyektləri bağlanıb. Bir neçə məktəbin rəhbərliyinə isə xəbərdarlıq edilib. Bu barədə APA-nın qərb bürosuna Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev məlumat verib. Onun sözlərinə görə, görülən tədbirlər şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə orta məktəblərdə aparılan reydlərin nəticəsidir: “Reydlər zamanı məlum oldu ki, şəhərin 17 orta məktəbində yeni bufetlərin tikilməsinə ehtiyac var, 6-da axar su yoxdur, 4 orta təhsil müəssisəsində isə profilaktik tədbirlərə əməl olunmur”. M. Əliyev həmçinin qeyd edib ki, hazırda orta məktəblərdə fəaliyyət göstərən bufetlər heç bir quruma tabe deyil və müstəqil şəkildə fəaliyyət göstərirlər: “Təhsil İdarəsi şəhər İcra Hakimiyyəti ilə belə bir razılığa gəlib ki, xüsusi bir qurum təsis olunsun və bufetlər həmin qurumun tabeliyində olsun. Yaxınlarda fəaliyyətə başlayacaq bu qurum bufetlərin sanitar qaydalara riayət olunmasına cavabdeh olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR