Bank Of Baku

Gəncədə qaz sayğaclarının quraşdırılması müvəqqəti dayandırılıb

Gəncədə qaz sayğaclarının quraşdırılması müvəqqəti dayandırılıb
# 10 aprel 2007 14:23 (UTC +04:00)
Gəncə şəhərində qaz sayğaclarının quraşdırılması müvəqqəti olaraq dayandırılıb. Bu barədə APA-nın qərb bürosuna Gəncə Qaz İstismar İdarəsinin rəisi Adil Zeynalov məlumat verib. Onun sözlərinə görə, buna səbəb yaxın vaxtlarda Nazirlər Kabinetinin (NK) çıxaracağı qərardır. A. Zeynalov əlavə edib ki, NK-nın qərarına əsasən Gəncə şəhərinin bütün abonentlərinə smart-kartla işləyən elektron qaz sayğacları quraşdırılması planlaşdırılır: “Bu qərara görə biz müvəqqəti qaz sayğaclarının quraşdırılmasını dayandırmışıq. Sayğac olmayan ərazilərdə qərar təsdiqini tapandan sonra smart-kartla işləyən sayğaclar quraşdırılacaq. Sonra isə artıq quraşdırılmış ərazilərdə sayğaclar montaj olunaraq, yenisi (smart-kartlı) ilə əvəz ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR