Bank Of Baku

Nardaran ağsaqqalları narkomaniya ilə mübarizə üçün ətraf kəndlərə müraciət edəcək

Nardaran ağsaqqalları narkomaniya ilə mübarizə üçün ətraf kəndlərə müraciət edəcək
# 10 aprel 2007 15:18 (UTC +04:00)
“Nardaranda narkotik maddə satanlara və bundan istifadə edənlərə qarşı aparılan mübarizə uğurla nəticələnib. Narkomaniyadan əziyyət çəkən iki kənd sakini 4 gündür müalicə olunması üçün xəstəxanaya yerləşdirilib. Buna baxmayaraq, narkomaniya ilə mübarizə ilə bağlı kənddə gizli müşahidələrimiz davam etdirilir”. Bu sözləri APA-ya Nardaran kənd sakini Hacı Fəyyaz Nəbizadə bildirib. Onun sözlərinə görə, artıq üç aydır bu yöndə mühüm işlər görülüb və tədbirlər öz nəticəsini verib. Narkomaniyadan əziyyət çəkənlərin müalicəsinə qəsəbə sakinlərinin də yardım etdiyini deyən F. Nəbizadə ətraf kəndlərin Nardaranda aparılan bu kampaniyaya laqeyd yanaşmasından da gileylənib: “Yaxın vaxtlarda ətraf kəndlərin ağsaqqalları ilə bu barədə müzakirələr aparacağıq və onları bu kampaniyaya qoşulmağa dəvət edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR