Bank Of Baku

Xaçmazda rəsmi nikahı olmayanların siyahı artır

Xaçmazda rəsmi nikahı olmayanların siyahı artır
# 11 aprel 2007 09:01 (UTC +04:00)
Xaçmaz rayonunda 18-48 yaş arasında olan, yeni ailə qurmuş 100 nəfər rayon sakini arasında nikah məsələləri ilə bağlı sorğu keçirilib. APA-nın şimal bürosunun xəbərinə görə, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Xaçmaz rayon şöbəsi və Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzi tərəfindən keçirilən sorğuda rəyi soruşulanlardan 61 nəfəri dini, 30 nəfəri rəsmi və dini nikahı olduğunu bildirib. 9 nəfər isə nikahsız olduğunu deyib. Respondentlərdən 23 nəfəri dini kəbinə üstünlük verdiyini, 41 nəfəri hər hansı kəbinin onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini, 30 nəfəri isə maddi problemlər ucbatından kəbin kəstirə bilmədiyini açıqlayıb. Xaçmaz rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ dövlət orqanları üçün də mühüm əhəmiyyət kəsb edir. Problem araşdırılacaq və yerli icra nümayəndəliklərinə müvafiq göstərişlər veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR