Bank Of Baku

Naxçıvan MR-in Kəngərli rayonunda əmək yarmarkası keçirilib

Naxçıvan MR-in Kəngərli rayonunda əmək yarmarkası keçirilib
# 11 aprel 2007 10:24 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının (MR) Kəngərli rayonunda əmək yarmarkası keçirilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, yarmarkaya 6 təşkilat və müəssisədən müxtəlif sahələri əhatə edən 83 boş iş yeri çıxarılıb. Nəticə olaraq 26 nəfər daimi iş üçün göndəriş alıb, 8 vətəndaş peşə kurslarına cəlb edilib. Naxçıvan MR Məşğulluq İdarəsindən bildiriblər ki, yarmarkalar aprel ayı ərzində bütün rayonları əhatə edəcək. Artıq Babək, Ordubad, Şərur və Sədərək rayonlarında proses başa çatıb, 200-ə yaxın işsiz vətəndaş daimi işlə təmin olunub. Növbəti əmək yarmarkası cümə günü Şahbuz rayonunda təşkil olunacaq. Yarmarkaların ilin bütün rüblərində keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ötən il 3 əmək və 1 təhsil yarmarkası keçirilib. Keçirilən yarmarkalar zamanı 620 nəfər daimi işlə təmin olunub. Onlardan 126-sı təhsil sahəsində göndəriş alanlardır. 2006-cı ildə Naxçıvan MR-də 8044 nəfər işlə təmin olunub ki, bunlardan 5332-si daimi iş yerləridir. 2003-cü ilin sonundan bu günədək 24812 yeni iş yeri açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR