Bank Of Baku

Gəncə küçələrində tıxac probleminin aradan qaldırılması üçün yeni layihə hazırlanıb

Gəncə küçələrində tıxac probleminin aradan qaldırılması üçün yeni layihə hazırlanıb
# 11 aprel 2007 10:42 (UTC +04:00)
Gəncədə şəhər daxili marşrutlarda işləyən nəqliyyat vasitələrinin son dayanacaqları şəhərin mərkəzi hissəsindən ətraf ərazilərə köçürüləcək. İlk növbədə şəhər mərkəzindəki bu tip dayanacaqların yerinin dəyişdirilməsi nəzərdə tutulur. Gəncə şəhər 1 saylı “Regional-nəqliyyat” MMC-nin rəis müavini Qədir Əliyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, şəhərin mərkəzində bu tip dayanacaqların olması yollarda tıxaclar yaratmaqla həm sürücülərin, həm də piyadaların narahatlığına səbəb olur. “Odur ki, idarəmizin və şəhər rəhbərliyinin qərarı ilə dayanacaqların köçürülməsi üçün layihə hazırlanıb. Yeni layihəyə əsasən, şəhərdaxili marşrutlarda işləyən nəqliyyat vasitələri şəhərin kənar hissəsində yaradılacaq dayanacaqlarda dayanacaqlar”. Q. Əliyev həmçinin bildirib ki, tıxacların qarşısını almaq üçün bəzi marşrutların son dayanacaqları ilə yanaşı onların hərəkət qrafikləri də dəyişdirilə bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR