Bank Of Baku

Dərnəgüldəki ət bazarı ləğv ediləcək

Dərnəgüldəki ət bazarı ləğv ediləcək
# 11 aprel 2007 11:51 (UTC +04:00)
Bakının Dərnəgül qəsəbəsindəki ət bazarı ləğv ediləcək. APA-nın məlumatına görə, bu barədə Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi İsmayıl Həsənov bildirib. O qeyd edib ki, DBX son vaxtlar Bakı şəhərində qaydalara riayət etməyən sallaqxanalar və qanunsuz ət satışı ilə məşğul olan obyektlərə qarşı tədbirlər həyata keçirir: “Qoyulan tələblərə, müəyyən edilmiş sanitar-gigiyena qaydalarına riayət etməyən məntəqələri tədricən ləğv edəcəyik. Dərnəgüldəki sallaqxanalar yeniləri ilə əvəz olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR