Bank Of Baku

Xanlarda təbii fəlakətdən zərərçəkənlər üçün yeni evlərin inşası başa çatıb

Xanlarda təbii fəlakətdən zərərçəkənlər üçün yeni evlərin inşası başa çatıb
# 11 aprel 2007 13:13 (UTC +04:00)
Torpaq sürüşməsinə məruz qalmış Xanlar rayonunun Dozular kəndində 42 evin tikintisi artıq başa çatıb. Bu barədə APA-nın Qərb bürosuna Xanlar rayon icra hakimiyyəti başçısının müavini Turani Əliyev məlumat verib. Onun sözlərinə görə, yaxın bir ay ərzində sakinlər yeni evlərə köçəcəklər. Təbii fəlakətdən zərər çəkmiş sakinlər üçün 2 və 3 otaqlı evlərin tikintisi üçün kəndin şimal-qərb hissəsində 45 hektar torpaq sahəsi ayrılıb. T. Əliyev bildirib ki, 42 ev tikilib istifadəyə verildikdən sonra digər 54 evin də inşasına başlanılacaq. Qeyd edək ki, ötən ilin avqustunda Xanların Dozular kəndində baş vermiş torpaq sürüşməsi zamanı 94 evdə qəza vəziyyəti yaranıb. Həmin evlərin sakinləri hələ də qohumlarının evində məskunlaşıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR