Bank Of Baku

Bakıda piyadalar əleyhinə minaların qadağan olunmasına dair seminar keçirilib

Bakıda piyadalar əleyhinə minaların qadağan olunmasına dair seminar keçirilib
# 11 aprel 2007 13:25 (UTC +04:00)
“Cenevrə çağırışı” Beynəlxalq Təşkilat və Piyadalar Əleyhinə Minaların Qadağan olunması Uğrunda Azərbaycan Kampaniyasının təşəbbüsü ilə “Cənubi Qafqazda silahlı qeyri-dövlət iştirakçıların minaların qadağan olunması prosesinə cəlb edilməsi” mövzusunda seminar keçirilib. APA-nın məlumatına görə, “Cenevrə çağırışı” təşkilatının nümayəndəsi Markus Haake regionda minaların yaratdığı problem haqda danışıb. Onun sözlərinə görə, Cənubi Qafqazın hər üç ölkəsində münaqişələr olduğundan, burada piyadalar əleyhinə minaların yayılması təhlükəsi aradan qalxmayıb. O, keçmiş postsovet məkanı ölkələrində bu problemlə bağlı yaranan vəziyyəti tədqiq etmək üçün may-iyun aylarında Ukraynada beynəlxalq seminarın keçiriləcəyini deyib. Piyadalar Əleyhinə Minaların Qadağan olunması Uğrunda Azərbaycan Kampaniyasının direktoru Hafiz Səfixanov bildirib ki, Azərbaycanın mülki əhali yaşayan 90 milyon kvadrat metr ərazisində piyadalar əleyhinə minalar aşkarlanıb. Son 10 ildə aparılan təmizləmə işlərindən sonra həmin ərazinin 40 milyon kvadrat metri minalardan təmizlənib. H. Səfixanov Cənubi Qafqazda ən çox minalanmış ərazinin Azərbaycanda olduğunu deyib: “Son 15 il ərzində piyada əleyhinə minalarln partlaması nəticəsində Ermənistanda 400, Gürcüstanda 500, Azərbaycanda isə 3 min nəfər mülki şəxs xəsarət alıb. Azərbaycanda bu şəxslərdən 400-ü aldığı xəsarətdən həlak olub”. Seminarda Avropa İttifaqının dəstəyi ilə hazırlanan sənədli film nümayiş olunub. Sonra isə tədbir seminar iştirakçılarının çıxışı ilə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR