Bank Of Baku

Füzuli rayonu ərazisində 5 yeni qəsəbənin inşasına başlanıb

Füzuli rayonu ərazisində 5 yeni qəsəbənin inşasına başlanıb
# 11 aprel 2007 14:41 (UTC +04:00)
Füzuli rayonu ərazisində salınacaq 5 yeni qəsəbənin inşasına start verilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Zovcuq adlanan ərazidə bu il 2104 evin tikilməsi nəzərdə tutulub. Qəsəbələrdə Saatlı, Sabirabad və Biləsuvar rayonlarında məskunlaşmış Füzulidən olan məcburi köçkünlər yerləşdiriləcək. Məcburi köçkünlər üçün təhsil, səhiyyə və inzibati obyektlərlə yanaşı, məscid tikintisi də nəzərdə tutulub. Füzuli rayon İcra Hakimiyyətindən bildiriblər ki, köçürülmə gələn il baş tutacaq və 2008-ci il “Qayıdış ili” kimi qeyd ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR