Bank Of Baku

Nəbi Muxtarov: “Füzulidə əhali üçün iş yerlərinin açılması ən düşündürücü məsələlərdən biridir”

Nəbi Muxtarov: “Füzulidə əhali üçün iş yerlərinin açılması ən düşündürücü məsələlərdən biridir”
# 11 aprel 2007 14:44 (UTC +04:00)
“Füzuli rayonunda inşasına başlanmış yeni qəsəbələrdə 10 minə yaxın ailənin məskunlaşması nəzərdə tutulub. Məcburi köçkünlərin yeni evlərlə təmin olunmasından sonra Füzuli rayonunda əhali üçün iş yerlərinin açılması ən düşündürücü məsələlərdən biridir”. Bu sözləri APA-nın Qarabağ bürosuna açıqlamasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov deyib. O bildirib ki, rayon ərazisində üzümçülüyün inkişaf etdirilməsi üçün münbit şərait var, buna görə də investorların bu sahəyə maliyyə vəsaiti yatırmasına ciddi ehtiyac duyulur. Ancaq hələlik yerli və xarici iş adamlarının bu sahəyə marağı müşahidə olunmur. N. Muxtarov hesab edir ki, Füzuli camaatı rayona qayıtdıqdan sonra üzümçülüyün inkişafı haqda düşünmək olar. Çünki əhalinin yarıdan çoxu işğala qədər bu sahədə çalışıb və kifayət qədər təcrübələri var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR