ANAMA-nın baş direktoru Nazim İsmayılov: “Gəncə Alüminium Zavodunun ərazisində 5 minə yaxın partlamamış hərbi sursat var”
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılovun APA-ya müsahibəsi
- ANAMA ötən 7 ildə fəaliyyətini necə qurub?
- Fəaliyyətə başladığımız ilk illərdə xarici mütəxəssislərin iştirakı ilə əməliyyat işçilərini hazırladıq və maddi-texniki baza yaratdıq. Bizə bu işdə BMT İnkişaf Proqramı, ABŞ, Kanada, Norveç, İtaliya, Böyük Britaniya hökumətləri köməklik göstərdi. Beynəlxalq donorlar tərəfindən bu günədək ANAMA-ya 22 milyon dollaradək vəsait ayrılıb. Hazırda ANAMA və agentliklə birgə işləyən təşkilatlarda 500-600 nəfər çalışır. Mina və partlamamış hərbi sursatların tapılıb zərərsizləşdirilməsində dünyanın ən qabaqcıl texnologiyaları tətbiq olunur. Bu ilə qədər 40 milyon kvadrat/metr ərazi təmizlənib və 100 mindən artıq sursat, qumbara, raket, piyada və tank əleyhinə minalar tapılaraq zərərsizləşdirilib. Qeyd edim ki, hərbçilər tərəfindən 1994-cü ildən 1998-ci ilədək, yəni ANAMA yarananadək 50 minə qədər mina çıxarılıb. Eyni zamanda, Füzuli, Tərtər, Ağstafa, Ağcabədi, Xanlar və Ağdam rayonlarda Sovet Ordusundan qalan partlamamış hərbi sursatları NATO ilə əməkdaşlıq çərçivəsində zərərsizləşdiririk.
- İstehkamçıların təhlükəsizliyinin təmin olunmasında hansı standartlardan istifadə olunur?
- İstehkamçılarla bağlı bu günədək hansısa hadisə baş verməyib ki, bu da xoşbəxtlikdir. ANAMA təhlükəsizlik qaydalarına riayət edilməsinə böyük diqqət yetirir. Bizim milli standartlar beynəlxalq standartlara uyğundur. Kursantlar 2 ay təlim keçir, imtahan verəndən sonra sertifikat alırlar. Gənc minaaxtaranlar təcrübəlilərlə birgə işləyirlər. Təhlükəsizliyi təmin etmək üçün minatəmizləmə əməliyyatlarında itlərdən və robot maşınlardan istifadə olunur. Bu gün məsafədən idarə edilən 6 böyük mina zərərsizləşdirən maşınımız var.
- İstehkamçıların sayının artırılması nəzərdə tutulurmu?
- Hazırda belə bir plan yoxdur. İşə başlayanda xaricilər tərəfindən hazırlanmış 27 istehkamçımız vardı. İndi isə istehkamçılarımızın sayı 280 nəfərdir. Bizdə çalışanların hamısı yerli vətəndaşlardır. Sayın artırılması üçün böyük vəsait lazımdır. Hazırda sıravi minaaxtaran 300 manat maaş alır. Hər bir minaaxtaranın təliminə, avadanlıqlarının alınmasına 10 min ABŞ dollarından artıq vəsait lazımdır.
- Yeni texnikaların alınması nəzərdə tutulurmu?
- Hər il yeni texnikalar alırıq. Bu günlərdə Slovakiyadan aldığımız “Bozena-4” tipli maşını ölkəyə gətirdik və hazırda Horadizdəki bazadadır. Bunlar çox bahalı maşındır və qiyməti 300 min dollardan 1,3 milyon dollaradəkdir. Bizim 32 itimiz var ki, hər birinin qiyməti 10-13 min dollardır.
- Partlamamış sursatlara tək cəbhə xəttində deyil, vaxtilə sovet hərbi bazalarının yerləşdiyi digər rayonlarda da rast gəlinir. Bu sursatların tapılıb zərərsizləşdirilməsi ilə bağlı proqramın hazırlandığı bildirilir.
- Bizə haradan məlumat daxil olursa, çevik əməliyyat qrupumuz ora gedərək sursatı zərərsizləşdirir. Tərtərdə, Tovuzda, Goranboyda, hətta Bakının Yasamal rayonunda belə əməliyyatlar aparmışıq. Bu yaxınlarda Gəncə Alüminium Zavodunun ərazisində 5 minə yaxın partlamamış hərbi sursatın olması barədə zavod rəhbərliyi tərəfindən bizə müraciət daxil olub. Bu sursatlar vaxtilə metal şəklində zavoda gətirilib. İyunda orada işə başlayacağıq. Qeyd edim ki, Bakı-Tiflis-Ceyhan neft kəməri tikilərkən Qazax və Ağstafa rayonları ərazisində qazıntı zamanı da sursatlar aşkarlanmışdı. Kəmərin keçdiyi yerdə 3 ay işlədik və 60 metr enində 32 km ərazi təmizləndi. Nazirlər Kabinetinin göstərişi əsasında aparılmış araşdırmalara görə, bu gün 12 rayonun ərazisində 200 milyon. kvadrat/metr ərazi təhlükəli və şübhəli kimi müəyyənləşdirilib. Bu ərazilərin təmizlənməsinə 50 milyon manat vəsait və 3-4 il lazımdır.
- İşğal altındakı ərazilər azad ediləndən sonra orada təmizləmə işlərin nə qədər vaxt lazımdır?
- İşğal altındakı ərazilərin sahəsini bizə məlumdur. Beynəlxalq təcrübə göstərir ki, belə torpaqların təqribən 4-6%-i mina və partlamamış hərbi sursatlarla çirklənib. Bunları nəzərə alaraq, Dünya Bankının mütəxəssisləri ilə hesablamalar aparmışıq. İşğal altındakı ərazilərin təxminən 500-600 milyon kvadrat/metri şübhəli və təhlükəlidir. Biz 4 il ərzində 45 milyon kvadratmetr ərazini təmizləmişik. Potensialı artırsaq, ildə 40-50 milyon kvadratmetr ərazini təmizləməyə nail olacağıq. Bütün bunları nəzərə alaraq, həmin ərazilərin təmizlənməsi üçün 10-12 il vaxt və 600 milyon dollardan artıq vəsait lazım olduğunu söyləyə bilərəm.
- Mina və partlamamış hərbi sursatlara daha çox hansı rayonlarda rast gəlinir?
- İşğaldan azad edilmiş ərazilərdə və cəbhə xəttində mina və sursata döyüşlərin daha çox getdiyi Füzuli rayonunda rast gəlinir. Sonrakı yerlərdə Ağdam və Tərtər rayonları gəlir. Minalanmış ərazilərin nə ermənilərdə, nə də bizdə xəritəsi yoxdur. Bu günə kimi Müdafiə Nazirliyi bizə əlində olan xəritəni də vermir. Təmizləmə işlərində plastik minalarla da rastlaşırıq.
- Saloğlu layihəsi üzrə işlər necə gedir?
- Saloğluda NATO-nun dəstəyi ilə işlərə il yarım əvvəl başlanıb və proses uğurla gedir. İşlərin birinci mərhələsi mayın sonlarında başa çatacaq. İyunda başlanacaq ikinci mərhələ 2008-ci ilin iyununa qədər davam edəcək. Birinci mərhələdə bütün yerüstü ərazinin təmizlənməsi və görünən sursatların məhv edilməsi həyata keçirilir. Bu günə qədər Saloğluda 137 min sursat məhv edilib. İkinci mərhələdə partladılmış anbarların ərafında torpağın dərinliklərinə getmiş sursatlar məhv ediləcək. Bəzi yerlərdə sursatlar 30 sm-dən 2 metrədək yerin dərinliyinə batıb. Paslandığından sursatların çoxu elə yerindəcə partladılır. Qeyd edim ki, keçmiş Sovet Ordusunun Saloğluda bazasında təxminən 200-250 min sursat, raket, mərminin qaldığı ehtimal olunur.
- Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Böyük Britaniyanın “Halo Trust” təşkilatı ilə bağlı donor ölkələrə və Britaniya hökumətinə müraciət olundumu?
- ANAMA və Xarici İşlər Nazirliyi tərəfindən dəfələrlə donor ölkələrə “Halo Trust”un qeyri-qanuni fəaliyyəti ilə bağlı etiraz bildirilsə də, təşkilat Dağlıq Qarabağda fəaliyyətini davam etdirir. Bu təşkilatın vəsaitlərinin 70%-ni Hollandiya, 20-25%-ni isə Britaniya hökuməti ödəyir. Təşkilatı maliyyələşdirənlər arasında ermənilər də var. Onlar deyirlər ki, işğal altında olan ərazilərdə Azərbaycanın əməliyyat aparmaq imkanı, ermənilərin isə potensialı olmadığından “Halo Trust” humanitar aksiya keçirir. Lakin bu yalandır. “Halo Trust” keçmiş hərbçilərdən ibarətdir. Təşkilatın üzvlərinin 50%-i mina çıxarmaqla, qalanları isə başqa işlərlə, məsələn, kəşfiyyatla məşğuldur. Rusiya tərəfinin məlumatlarına görə, təşkilat ötən əsrin 90-cı illərdə Çeçenistanda da analoji tədbirlər keçirib. “Halo Trust” minanı çıxarmaqla yanaşı, mina basdırmağın yollarını da öyrədir.
- Azərbaycanın Piyadalar əleyhinə minaların qadağan olunmasına dair Ottava Konvensiyasına qoşulması istiqamətində hansı işlər aparılır?
- Müharibə bitməyincə, Azərbaycan Ottava Konvensiyasına qoşula bilməz. Bu gün qonşu dövlətlərdən heç biri bu konvensiyaya qoşulmayıb. Konvensiyaya qoşulsaq, gərək piyadalar əleyhinə minaları məhv edək. Bu isə hazırkı mərhələdə düzgün deyil. Bununla belə, Azərbaycan humanitar agentlik yaradıb və konvensiyanın tələblərini yerinə yetiririk.
- Son vaxtlar cəbhə xəttində əsgərlərin minaya düşməsi halları artıb. Sizcə, bu nə ilə bağlıdır?
- Bununla bağlı mənim fikirlərim hərbçilərin xoşuna gəlmir. Hərbçilərin minaya düşdüyü sahələr elə hərbçilərin öz nəzarətlərindədir və biz ora girə bilmirik. Həmin zonalarda işləmək bizim üçün qadağandır. Əməliyyat zamanı hadisə baş verirsə, bu təbiidir. Əgər hadisələr əməliyyatlardan kənar baş verirsə, fikrimcə, buna görə orada olan ordu hissəsinin birbaşa rəhbərliyi məsuliyyət daşıyır. Minalı ərazilərə işarə qoyulmalı, əsgərlərə tapşırıq veriləndə ərazi izah edilməlidir. Hadisələrin çoxu məsuliyyətsizlikdən yaranır. Mən təklif etdim ki, biz hərbçiləri maarifləndirə bilərik və ehtiyac varsa, bir yerdə bu işləri təşkil edək. Eşitdiyimə görə, Naxçıvanda bir neçə gün əvvəl əsgərlər səngər qazan zaman partlayış olub. Bu il ərzində mina ilə bağlı üç hadisə baş verib. Onlardan ikisində 7 hərbçi yaralanıb, ikisi həlak olub. Birində isə mülki şəxs yaralanıb. Hərbçilər sırf əməliyyat vaxtı deyil, başqa işlə məşğul olarkən minaya düşüblər. Yenə deyirəm, hərbçilərin özündən çox şey asılıdır. Bunun üçün çox ciddi maarifləndirmə və nizam-intizam olmalıdır.
- Ermənilərin cəbhə xəttində yaratdığı mina maneələri hərbi əməliyyatlar başlayacağı təqdirdə, Azərbaycan ordusunun işlərini çətinləşdirəcək. ANAMA-nın hücum edən Azərbaycan Ordusuna hansı köməyi ola bilər?
- Biz minaları tapan və ləğv edən təşkil edən təşkilatıq. Hücuma keçən orduya minalı maneələrdən yol açmaq üçün bizim maşınlardan istifadə oluna bilər. Qeyd edim ki, ötən il cəbhə xəttində baş verən yanğınlarla mübarizə zamanı da biz öz yardımımızı təklif etmişdik.
- Atəşkəs dövründə əhalinin qayıtdığı ərazilərdə nə qədər mina hadisəsi baş verib? Bununla bağlı statistika aparılıbmı, xəsarət alanların və həlak olanların sayı nə qədərdir?
- Bizdə olan məlumatlara görə, 1991-ci ildən bu günədək 2 mindən çox adam minadan zərər çəkib. Onlardan 400-ü dünyasını dəyişib, qalanları isə şikəst olub. 2001-ci ildən bu günədək isə 150 nəfərə yaxın minadan zərər çəkən var. Hər il 27-30 nəfər minadan zərər çəkir ki, onların da təxminən 30%-i dünyasını dəyişir. /APA/

Sosial
Ağdamda sel təhlükəsi aradan qaldırılıb, 60 evin qaz təchizatı bərpa edilib - YENİLƏNİB
Sosial xidmətin inkişafına dair Dövlət Poqramının icrası müzakirə olunub
Texniki təhlükəsizlik üzrə tədbir keçirilib