Bank Of Baku

Azərbaycanda sosial iş və uşaqlara qayğı standartlarının təqdimatı keçirilib

Azərbaycanda sosial iş və uşaqlara qayğı standartlarının təqdimatı keçirilib
# 13 aprel 2007 09:40 (UTC +04:00)
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondu (UNİCEF) ilə hazırlanan Azərbaycanda sosial iş və uşaqlara qayğı standartlarının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, bu standartların hazırlanması dövlət başçısı İlham Əliyevin ötən il təsdiqlədiyi “De-institutilizasiya və alternativ qayğı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, nazirliyin nəzdində hazırda 1610 işçi sosial fəaliyyətlə məşğuldur. Həmin işçilər 15235 əlil, ahıl və tənha vətəndaşa xidmət göstərir: “Lakin bu sosial işçilər həm təhsillərinə, həm də göstərdikləri xidmətlərə görə dünyanın digər ölkələrində olan sosial işçilərdən fərqlənirlər”. Standartların hazırlanmasında Azərbaycana yardım edən İsveçin Stokholm Universitetinin sosial iş fakültəsinin professoru Tore Svendson isə deyib ki, bu standartlar hazırlanarkən bir çox ölkələrin, xüsusilə İsveç və Böyük Britaniyanın təcrübəsi nəzərə alınıb: “Biz beynəlxalq ekspertlər kimi dediyimiz standartların tətbiqini tələb kimi irəli sürə bilmərik. Ona görə də yalnız təkliflərimizi vermişik”. Stokholm Universitetinin sosial iş fakültəsinin dosenti Nader Əhmədi isə hesab edir ki, əsas məsələ insanların bu standartları sınaqdan keçirməsidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR