Bank Of Baku

Gədəbəyin malakanlar yaşayan Novo-Saratovka kəndində Pasxa bayramı münasibətilə təntənəli tədbir keçirilib

Gədəbəyin malakanlar yaşayan Novo-Saratovka kəndində Pasxa bayramı münasibətilə təntənəli tədbir keçirilib
# 13 aprel 2007 12:29 (UTC +04:00)
Gədəbəyin malakanlar yaşayan Novo-Saratovka kəndində Pasxa bayramı münasibətilə təntənəli tədbir keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, tədbir Gədəbəy rayon icra hakimiyyətinin təşəbbüsü ilə baş tutub. Tədbirə rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə də qatılıb. Mərasimdə çıxış edən Kamran Rzazadə Gədəbəydə yaşayan malakanlara həmişə hörmətlə yanaşıldığını və buna nümunə olaraq onların yaşadıqları kəndlərin adlarının belə bu günə kimi dəyişilmədiyini deyib. Bayram tədbirində malakanların milli yeməklərindən ibarət bayram süfrəsi açılıb və malakan milli musiqiləri ifa olunub. Qeyd edək ki, hal-hazırda Gədəbəy rayonunda 350-dək malakan yaşayır. Onlar rayonun Novo-Saratovka, Slavyanka və İvanovka kəndlərində məskunlaşıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR