Bank Of Baku

Rusiyanın Xaçmazdakı anklavının sakinləri pensiya və müavinətlərini vaxtında ala bilmirlər

Rusiyanın Xaçmazdakı anklavının sakinləri pensiya və müavinətlərini vaxtında ala bilmirlər
# 13 aprel 2007 12:38 (UTC +04:00)
Rusiya Federasiyasının Xaçmazdakı Xrax-oba anklavının sakinləri pensiya və müavinətlərini vaxtında ala bilmirlər. Bu barədə APA-nın şimal bürosuna kənd sakini Lyudmila Proxorova məlumat verib. O bildirib ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, onlara çatası vəsait iki aydan bir gətirilir: “Dağıstanın Məhərrəmkənd rayonuna gedib-gəlmək isə həm fiziki, həm də maddi cəhətdən pensiyaçılar üçün çətindir”.
Şikayətlə bağlı APA-nın şimal bürosu Dağıstanın Məhərrəmkənd rayon İcra Hakimiyyətinin başçısı Musaəfəndi Vəlimuradovla əlaqə saxlayıb. İcra başçısı problemlərdən xəbərsiz olduğunu, yaxın günlərdə pensiya və müavinətlərin Xrax-obaya çatdırılacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR