Bank Of Baku

Yanvar-mart aylarında Gəncədə 949 uşaq doğulub

Yanvar-mart aylarında Gəncədə 949 uşaq doğulub
# 13 aprel 2007 13:41 (UTC +04:00)
Bu ilin ilk 3 ayı ərzində Gəncədə 949 körpə dünyaya göz açıb. Bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 110 nəfər artıqdır. Gəncə şəhər Statistika İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, ötən il Gəncədə 3959 körpə dünyaya gəlib. Qeyd edək ki, Gəncədə ölənlərin sayı ötən ilin birinci rübü ilə müqayisədə nisbətən azalıb. 2006-cı ilin ilk rübündə Gəncədə 512 nəfər, bu ilin ilk üç ayı ərzində isə 501 nəfər dünyasını dəyişib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR