Bank Of Baku

Narkomaniya ilə mübarizə proqramı çərçivəsində Abşeron, Gəncə, Mingəçevir və Yevlax şəhərlərində elmi-praktik konfranslar keçiriləcək

Narkomaniya ilə mübarizə proqramı çərçivəsində Abşeron, Gəncə, Mingəçevir və Yevlax şəhərlərində elmi-praktik konfranslar keçiriləcək
# 13 aprel 2007 14:10 (UTC +04:00)
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində ümummilli proqram çərçivəsində qabaqlayıcı profilaktik tədbirlər planı hazırlayıb. Dövlət Komissiyasında APA-ya verilən məlumata görə, bu məqsədlə aprelin 23-də Abşeron, 25-də Gəncə, 26-da Mingəçevir, 27-də isə Yevlax şəhərlərində elmi-praktik konfranslar keçiriləcək. Konfransın keçirilməsində məqsəd gənclərin maarifləndirilməsi və bu yolla narkomanlığın qarşının alınmasında qabaqlayıcı profilaktik tədbirlər görməkdir. Tədbirdə narkomaniya probleminə aidiyyəti olan nazirlik, komitə və təşkilatların nümayəndələri iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR