Bank Of Baku

Azərbaycan üzrə quraşdırılmış su sayğaclarının sayı 200 minə çatır

Azərbaycan üzrə quraşdırılmış su sayğaclarının sayı 200 minə çatır
# 13 aprel 2007 14:30 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən aprelin 1-dək ölkə üzrə 199 185 su sayğacı quraşdırılıb. Bunun 160 242 ədədi Bakı şəhərinin payına düşüb. Bu barədə “APA-Economics”ə “Azərsu” ASC-nin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, 2007-ci il yanvarın 1-nə quraşdırılmış sayğacların sayı 196 156 ədəd təşkil edib. İlin əvvəli ilə müqayisədə Bakı şəhərində quraşdırılmış sayğacların sayı 2 267 ədəd artıb. Hazırda paytaxtda “Azərsu” ASC-nin 400 mindən artıq abonenti var.
Xatırladaq ki, su sayğacları “Azərsu” ASC-nin öz vəsaitləri hesabına ölkəyə gətirilərək quraşdırılır. Səhmdar cəmiyyət ölkə üzrə sayğaclaşdırma işlərini 2008-ci ilin sonunadək tam şəkildə başa çatdırmağı planlaşdırır. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR