Bank Of Baku

Azərbaycanda “Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin qurulması Layihəsi”nin icrasına başlanıb

Azərbaycanda “Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin qurulması Layihəsi”nin icrasına başlanıb
# 13 aprel 2007 14:31 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin qurulması Layihəsi” üzrə işlərə başlayıb. Bu barədə “APA-Economics”ə “Azərsu” ASC-nin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu il ərzində hər iki şəhərdə su təchizatı və kanalizasiya sisteminin bərpası, artezian quyularının qazılması, magistral boru kəmərləri və paylama şəbəkələrinin yenidən qurulması, kanalizasiya şəbəkəsinin və təmizləyici qurğuların tikilməsi planlaşdırılır.
Qeyd edək ki, “Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin qurulması Layihəsi”nin ümumi dəyəri 54,9 mln. avro təşkil edir, icra müddəti isə 32 aydır. Layihəni Almaniyanın KfW Bankı, İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Azərbaycan hökuməti maliyyələşdirəcək. Layihəyə KfW bankı 40 il müddətinə, ilk 10 ili güzəştli olmaqla, illik 0,75%-lə 37,3 mln. avro kredit, SECO isə 10 mln. avro qrant ayırıb. Layihədə Azərbaycan hökuməti 7,6 mln. avro paya malikdir. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR