Bank Of Baku

İyunun 9-11-də Bakıda Avrasiya Yerli Hakimiyyətlər Konqresi keçiriləcək

İyunun 9-11-də Bakıda Avrasiya Yerli Hakimiyyətlər Konqresi keçiriləcək
# 13 aprel 2007 14:41 (UTC +04:00)
İyunun 9-11-də Bakıda Avrasiya Yerli Hakimiyyətlər Konqresi keçiriləcək. APA-nın Türkiyə bürosunun məlumatına görə, toplantı Türk Dünyası Bələdiyyələr Birliyinin təşəbbüsü ilə keçirilir. Birliyin rəhbəri, Düzcə bələdiyyə başqanı Mehmet Keleş konqresə hazırlıqları dəyərləndirmək üçün geniş tərkibli nümayəndə heyəti ilə Azərbaycana gəlib. Nümayəndə heyətinə Türk Dünyası Bələdiyyələr Birliyi sədrinin müavini, Çavuşbaşı bələdiyyə başqanı Hənəfi Dilmaç, qurumun baş katibi Ərtoğqul Qazi, baş katibin müavini Əmrə Bıçaqçıoğlu və başqa şəxslər daxildir. Qeyd edək ki, Bakıda keçiriləcək Avrasiya Yerli Hakimiyyətlər Konqresinə Türkiyədə daxil olmaqla 19 ölkədən nümayəndə heyəti qatılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR