Bank Of Baku

Şəkidə “Daşınmaz əmlakın vahid qeydiyyat sisteminin yaradılması” mövzusunda seminar-müşavirə keçirilib

Şəkidə “Daşınmaz əmlakın vahid qeydiyyat sisteminin yaradılması” mövzusunda seminar-müşavirə keçirilib
# 13 aprel 2007 16:04 (UTC +04:00)
Bu gün Şəkidə “Daşınmaz əmlakın vahid qeydiyyat sisteminin yaradılması, bu proseslə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi, yerli icra, məhkəmə strukturları, bank orqanları və bələdiyyələrlə işgüzar münasibət əlaqələrinin formalaşması və gələcək strategiyası” mövzusunda seminar-müşavirə keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Müşavirədə Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini İlham Bayramov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müşaviri Rafiq Süleymanov, RİH aparatının təmsilçiləri, kənd icra nümayəndələri, kənd bələdiyyə sədrləri, müvafiq idarə və təşkilatların əməkdaşları iştirak ediblər. Müşavirədə çıxış edən İ.Bayramov, R.Süleymanov və digər natiqlər seminarın mövzusundan irəli gələn məsələlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib, müşavirə iştirakçılarının bir sıra suallarını ətraflı cavablandırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR