Bank Of Baku

Bakı küçələrində maksimum sürət həddini göstərən təbliğat xarakterli lövhələrin quraşdırılmasına başlanılıb

Bakı küçələrində maksimum sürət həddini göstərən təbliğat xarakterli lövhələrin quraşdırılmasına başlanılıb
# 16 aprel 2007 09:52 (UTC +04:00)
Bİnəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi paytaxtda ilk dəfə olaraq yol-hərəkəti təhlükəsizliyinin təmin edilməsi və təbliğat işinin gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirməyə başlayıb. Bakı şəhər Yol Polisi İdarəsinin təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, bu məqsədlə Bakının Azadlıq prospekti ilə Biləcəri şosesinin kəsişməsi və Azadlıq prospekti-Cəfər Xəndan küçəsinin kəsişməsində ölçüsü 2x3 ölçüdə olan “Ata, yolunu gözləyirəm” şüarı altında maksimum sürət həddinin 60 kilometr/saat olmasını göstərən xüsusi lövhələr qoyulub. Bu tipli şüarların təbliğatın gücləndirilməsi, eyni zamanda yol-qəza hadisələrinin qarşısının alınmasına öz töhfəsini verəcəyini deyən V. Əsədov bildirib ki, paytaxtın digər küçələrində də təbliğat xarakterli lövhələrin quraşdırılmasına başlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR