Bank Of Baku

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsinin Azərbaycan hökumətinə təqdim etdiyi tövsiyələr müzakirə olunub

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsinin Azərbaycan hökumətinə təqdim etdiyi tövsiyələr müzakirə olunub
# 16 aprel 2007 11:31 (UTC +04:00)
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsinin Azərbaycan hökumətinə təqdim etdiyi tövsiyələrin müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, AQUPDK sədri Hicran Hüseynova deyib ki, yanvarın 23-də BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsinin 37-ci sessiyası olub. Sessiya çərçivəsində Azərbaycan hökumətinin eyni adlı konvensiyanın yerin yetirilməsinə dair hesabatı dinlənilib. Hesabat dinlənildikdən sonra komitə Azərbaycan hökumətinə öz rəyini açıqlayıb, eyni zamanda tövsiyələrini təqdim edib. H. Hüseynovanın sözlərinə görə, növbəti milli hesabat hazırlanan qədər həmin tövsiyələri nəzərə almağa çalışacaqlar: “Bu işdə digər dövlət qurumlarının köməyinə arxalanırıq. İstərdim ki, növbəti hesabat hazırlananda QHT-lər bu prosesdən kənarda qalmasın. Ola bilsin ki, yeni hesabatı hazırlamaq üçün yeni komissiya yaradılsın”.
Daxili işlər nazirinin müavini Oruc Zalov isə deyib ki, Azərbaycan qeyd edilən konvensiyaya qoşulduqdan sonra təmsil etdiyi nazirlikdə bu sahə ilə bağlı xüsusi ştat ayrılıb: “Bu ştat qadınlarla bağlı baş verən cinayət hadisələrini qeydə alır, onları dərindən öyrənir və mühüm tədbirlər görür”. O. Zalov bildirib ki, hazırda Daxili İşlər Nazirliyində 2000-ə yaxın qadın çalışır. Onların 60%-i zabit heyətidir. Qadınlar daha çox azyaşlılarla iş sahəsində fəaliyyət göstərirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR