Bank Of Baku

Azərbaycanda qadınların törətdiyi və qadınlara qarşı törədilən cinayətlərin sayı artıb

Azərbaycanda qadınların törətdiyi və qadınlara qarşı törədilən cinayətlərin sayı artıb
# 16 aprel 2007 16:01 (UTC +04:00)
Azərbaycanda qadınların törətdiyi və qadınlara qarşı törədilən cinayətlərin sayı artıb. APA-nın məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov jurnalistlərə verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda belə cinayətlər ümumi cinayətlərin 25%-ni təşkil edir: “Ancaq bu artımı elə başa düşmək lazım deyil ki, cinayətlər əvvəllər törədilməyib, indi törədilir. Əvvəllər də elə təxminən bu qədər, yəni 22-25% arasında cinayətlər törədilirdi. Lakin bu gün qadınların öz hüquqlarını daha yaxşı bilməsi, maarifləndirmə işinin aparılması, yerlərdə daxili işlər orqanları tərəfindən qadınların müraciətlərinə daha düzgün yanaşılma qadınların müraciətlərinin sayının artmasına gətirib çıxarıb”. O. Zalov deyib ki, qadınların törətdiyi və qadınlara qarşı törədilən cinayətlər daha çox ailə-məişət zəminində baş verir. Lakin onların arasında ağır növ - qəsdən adamöldürmə, narkotika ilə bağlı cinayətlər də olur.
O. Zalovun sözlərinə görə, belə cinayətlərin sayını azaltmaq üçün onlar eksperiment kimi Mingəçevir, Xaçmaz və Bakının Nərimanov rayonlarında sahə rəisləri xidməti yaradıblar: “Əvvəllər öz ərazisinə tək baxan sahə rəisi müəyyən məsələlərin araşdırılması üçün məhdudiyyət qoyulurdu. İndi isə sahə rəisinin iki köməkçi olacaq. Bu xidmətin yaradılması bir sıra məsələlərin daxili işlər orqanlarına gəlmədən yerində həll edilməsinə yardım edəcək. Bu eksperimentin nəticəsi yaxşı olarsa, onu daha geniş miqyasda tətbiq edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR