Bank Of Baku

Balakəndə “Şəhərin, qəsəbələrin və kəndlərin sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli layihələrin həllində bələdiyyələrin rolu” mövzusunda yığıncaq keçirilib

Balakəndə “Şəhərin, qəsəbələrin və kəndlərin sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli layihələrin həllində bələdiyyələrin rolu” mövzusunda yığıncaq keçirilib
# 17 aprel 2007 08:01 (UTC +04:00)
Ötən gün Balakəndə “Şəhərin, qəsəbələrin və kəndlərin sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli layihələrin həllində bələdiyyələrin rolu” mövzusunda yığıncaq keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Yığıncaqda RİH aparatının nümayəndələri, şəhər və kənd bələdiyyə sədrləri, Ədliyyə Nazirliyinin AŞBMAN-ın icraçı katibi Mirrauf Manafov, AŞBMAN-ın icraçı katibliyinin məsləhətçisi Elnur Vəliyev, Prezidentin İcra Aparatından Rüfət Əliyev və Məhərrəm Quliyev iştirak edib. Tədbirdə çıxış edən natiqlər şəhərin və kəndlərin sosial-iqtisadi inkişafında yerli bələdiyyələrin rolu və vəzifələri haqqında toplantı iştirakçılarına ətraflı məlumat verib. Yığıncağın sonunda 7 nəfərdən ibarət Bələdiyyə Sədrləri Şurası yaradılıb. Cavanşir Piriyev şuranın sədri seçilib.
Qax RİH-dən APA-ya daxil olan məlumata görə, bu gün rayonda Ədliyyə Nazirliyinin AŞBMAN-ın icraçı katibi Mirrauf Manafov, AŞBMAN-ın icraçı katibliyinin məsləhətçisi Elnur Vəliyev, Prezidentin İcra Aparatından Rüfət Əliyev və Məhərrəm Quliyev iştirakı ilə “Şəhərin, qəsəbələrin və kəndlərin sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli layihələrin həllində bələdiyyələrin rolu” mövzusunda yığıncaq keçiriləcək, tədbirin sonunda Bələdiyyə Sədrləri Şurasının tərkibi müəyyənləşəcək və şuraya sədr seçiləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR