Bank Of Baku

Azad Rəhimov: “Qusarda qış xizəksürmə bazası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inşa olunacaq”

Azad Rəhimov: “Qusarda qış xizəksürmə bazası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inşa olunacaq”
# 17 aprel 2007 09:58 (UTC +04:00)
“Qusarda qış xizəksürmə bazası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inşa olunacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazir xaricdən gələn mütəxəssislərin Qusarda yerli şəraiti yoxladıqlarını, lakin hələlik bu işin başa çatmadığını deyib: “Məndə olan məlumata görə, qış xizəksürmə bazasının yaradılması üçün həmin ərazidə qar örtüyü 3-4 aydan çox müddətdə qalmalıdır. Əgər qarın yerdə qalma müddəti 3-4 aydan azdırsa, o zaman layihə maliyyə baxımından sərfəli deyil. Hələlik yoxlamaların nəticələri bizim nazirliyə daxil olmadığından bu barədə dəqiq məlumatımız yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR