Bank Of Baku

Güclü qaz sızması səbəbilə Gəncənin Yeni Gəncə qəsəbəsinə mavi yanacağın verilməsi dayandırılıb

Güclü qaz sızması səbəbilə Gəncənin Yeni Gəncə qəsəbəsinə mavi yanacağın verilməsi dayandırılıb
# 17 aprel 2007 10:53 (UTC +04:00)
Gəncənin Yeni Gəncə qəsəbəsinə mavi yanacağın verilməsində müvəqqəti problem yaranıb. Buna səbəb iki gün öncə Yeni Gəncə qəsəbəsində yerləşən avtomobillərin təmiri emalatxanasında mavi yanacağın sızması faktının qeydə alınmasıdır. Bu səbəbdən dünəndən etibarən əraziyə mavi yanacağın verilməsi dayandırılıb. Gəncə şəhər qaz istismar idarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, bu vəziyyət bərpa işləri tam başa çatanadək davam edə bilər. İdarə əraziyə mavi yanacağı fasilələrlə verməyi planlaşdırsa da, hər an təhlükəli hadisə baş verə bilmə ehtimalını nəzərə bu işi təmir işləri başa çatana kimi təxirə salıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR