Bank Of Baku

Azad Rəhimov: “Gənclər və İdman Nazirliyi zavod və fabriklərdə yeni iş yerləri aça bilməz”

Azad Rəhimov: “Gənclər və İdman Nazirliyi zavod və fabriklərdə yeni iş yerləri aça bilməz”
# 17 aprel 2007 11:32 (UTC +04:00)
Azərbaycan gənclərinin işsizlik problemlərinin həllinə yardım məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən məşğulluq mərkəzləri yaradılıb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Gənclərin işsizlik probleminin həlli üçün nazirliyin bir neçə seminar və konfranslar keçirdiyini deyən A. Rəhimov hesab edir ki, bu problemin həlli üçün gənclər təhsil sahəsinə xüsusi diqqət yetirməli, öz imkanlarını bilməlidir: “Gənclər bəzi peşələri əldə etməlidirlər ki, öz məşğulluqlarını təmin edə bilsinlər. Gənclərin məşğulluğu ilə bağlı dövlət proqramı da var və bu problemin həlli üçün müvafiq dövlət qurumları tərəfindən tədbirlər görülür. Amma Gənclər və İdman Nazirliyi zavod və fabriklərdə yeni iş yerləri aça bilməz. Biz yalnız gənclərin iş tapmasının yollarının göstərilməsi istiqamətində tədbirlər həyata keçirə bilərik ki, bunlardan biri kimi də bu mövzuda kitabçalar hazırlanaraq gənclərə paylanıb”. A. Rəhimov ölkədə işsiz gənclərn sayının bəlli olduğunu bildirsə də, bunu açıqlamayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR