Bank Of Baku

Gəncənin Məhəmməd Hadi parkında təmir-bərpa işlərinə başlanılıb

Gəncənin Məhəmməd Hadi parkında təmir-bərpa işlərinə başlanılıb
# 17 aprel 2007 13:56 (UTC +04:00)
Gəncənin Məhəmməd Hadi adına parkında əsaslı təmir-bərpa işlərinə başlanılıb. İşlər Kəpəz bələdiyyəsinin vəsaiti hesabına həyata keçirilir. Bu barədə APA-nın qərb bürosuna Kəpəz bələdiyyəsinin sədri Tahir Quliyev məlumat verib. Onun sözlərinə görə, ötən əsrin 70-ci illərində salınan park bu günədək heç vaxt təmir olunmayıb. T. Quliyev əlavə edib ki, bu müddətdə parkda olan şam ağaclarının əksəriyyəti belə məhv edilib: “Park demək olar ki, yenidən qurulacaq. Biz bura yeni su xətti çəkməyi planlaşdırırıq. Park ərazisində işıqlandırma sistemi də yenidən qurulacaq. Bura müxtəlif ağaclar əkməyi nəzərdə tuturuq”. Bələdiyyə sədri bildirib ki, ilkin mərhələdə artıq 200-ə yaxın Eldar şamı parkın ərazisinə əkilib. Onun sözlərinə görə, Məhəmməd Hadinin adının daşıyan parkda vətəndaşların istirahət etməsi üçün hər cür şərait yaradılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR