Bank Of Baku

Alman Akademik Mübadilə Xidmətinin baş katibi Azərbaycana gəlir

Alman Akademik Mübadilə Xidmətinin baş katibi Azərbaycana gəlir
# 18 aprel 2007 08:24 (UTC +04:00)
Alman Akademik Mübadilə Xidmətinin baş katibi Kristian Bode 18-19 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq. Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, K. Bode bir sıra universitetlərdə görüşlər keçirəcək və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə birlikdə təqaüd layihəsini imzalayacaq. Bu layihəyə əsasən 2007-2008-ci ilin qış semestrində Azərbaycan vətəndaşları Almaniyada təhsil ala biləcəklər. K. Bode aprelin 19-da Gürcüstana yola düşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR