Bank Of Baku

Bakıda Avropa Gənclər Forumunun Üzvlər İclası keçiriləcək

Bakıda Avropa Gənclər Forumunun Üzvlər İclası keçiriləcək
# 18 aprel 2007 08:40 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) dəvəti ilə bu il aprelin 27-28-də Avropa Gənclər Forumunun (AGF) Üzvlər İclası Bakıda keçiriləcək. Şuranın mətbuat katibliyindən APA-ya verilən məlumata görə, ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun tamhüquqlu üzvüdür. AGF Portuqaliyadan Azərbaycana qədər beynəlxalq gənclər təşkilatı və milli gənclər şuralarını birləşdirən Panavropa məkanının yeganə gənclər platformasıdır. 1978-ci ildə gənclərin təşəbbüsü ilə fəaliyyətə başlamış AGF bütün Avropadan on milyonlarla gənci öz ümumi maraqlarını təqdim etmək üçün bir araya gətirir.
Aprelin 12-nə olan rəsmi məlumata görə, Üzvlər İclasında iştirak etmək üçün 39 ölkədən 72 təşkilatı təmsil edən 143 nəfər gənc nümayəndə qatılacaq. Tədbirdə müxtəlif beynəlxalq təşkilatlardan qonaqların qatılacağı da gözlənilir. İştirakçı gənclər Avropada ictimai rəyin formalaşmasında birbaşa iştirak edirlər. ARGTMŞ tərəfindən Azərbaycan həqiqətlərinin düzgün çatdırılması, Bakı səfərinin onlarda xoş təəssürat yaratması üçün zəngin mədəni-sosial proqram hazırlanıb. Ən müxtəlif səviyyələrdə maneələr yaradılmasına baxmayaraq, AGF-nin tam heyətlə Bakıya səfər etməsi ARGTMŞ-nin məhsuldar fəaliyyəti nəticəsində Azərbaycan gəncliyinin Avropa məkanına inteqrasiyasının ən böyük uğurlarından biridir. AGF-nin Üzvlər İclaslarının Avropa Birliyi, Avropa Şurası, BMT kimi mühüm qurumların və aparıcı Avropa ölkələrinin səlahiyyətlilərinin diqqət mərkəzində olur, Üzvlər İclası tərəfindən qəbul olunan bütün qətnamə və qərarlar Avropa Birliyi, Avropa Şurası, BMT tərəfindən baxılır və nəzərə alınır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR