Bank Of Baku

Eldar Əzizov: “Xanlar və Daşkəsən rayonlarının bələdiyyələri Gəncə torpaqlarını öz əraziləri kimi satırlar”

Eldar Əzizov: “Xanlar və Daşkəsən rayonlarının bələdiyyələri Gəncə torpaqlarını öz əraziləri kimi satırlar”
# 18 aprel 2007 14:06 (UTC +04:00)
“Gəncə Qənnadı Fabrikinin ərazisini köhnə tarixə qeyd olunan saxta sənədlərlə satmaqla məşğul olan qrup var. Biz belə hallara qarşı mübarizəyə başlamışıq. Şəhər Prokurorluğuna faktların araşdırılması tapşırığı verilib. Bu işdə qanunsuz addım atan hər kəs cəzalandırılacaq”. APA-nın Qərb bürosunun xəbərinə görə, bu sözləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov birinci rübün yekunlarına həsr olunmuş iclasda deyib. O bildirib ki, Xanlar və Daşkəsən rayonlarının bələdiyyələri də Gəncə torpaqlarını öz əraziləri kimi satırlar. E. Əzizovun sözlərinə görə, sahə müvəkilləri, polis şöbələri və rayon icra hakimiyyətləri buna nəzarət etməlidir: “Gəncənin torpaq sahəsi çox azdır. Biz ərazilərimizi şəhərin inkişafı üçün istifadə etməliyik. Torpaqları kortəbii şəkildə paylasaq, heç bir inkişafdan danışmaq olmaz”. E. Əzizov hüquq-mühafizə orqanlarının rəhbərlərini ayıq olmağa və əyintilərə qarşı qətiyyətlə mübarizə aparmağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR