Bank Of Baku

Orucəli Hacıyev: “Fövqəladə Hallar Nazirliyi Bakıda 12 mərtəbədən artıq binaların tikintisinə icazə vermir”

Orucəli Hacıyev: “Fövqəladə Hallar Nazirliyi Bakıda 12 mərtəbədən artıq binaların tikintisinə icazə vermir”
# 18 aprel 2007 15:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev deyib. Onun sözlərinə görə, şəhərdə tikilən qeyri-qanuni binalarla bağlı aparılan yoxlamalar davam etdirilir: "Hazırda bir binada yoxlama aparırıq. Həmin binadan götürülən armatur və beton nümunələri laboratoriyada yoxlanılır. Bizim aşkar etdiyimiz nöqsanlar təsdiqləndikdə həmin bina söküləcək”. O. Hacıyev binanın yerləşdiyi ünvanı söyləməyib. Nazir müavini qeyd edib ki, FHN sərəncamdan irəli gələn qaydada və standartlardan kənara çıxmamaq şərti ilə tikintinin gedişinə nəzarət edir. Onun sözlərinə görə, yeni binaların tikilməsi zamanı lazımi sənədlər təqdim olunmalıdır. FHN yalnız binanın hansı betondan və metal konstruksiyalardan tikiləcəyi ilə bağlı araşdırma apardıqdan sonra tikintiyə icazə verir. Tikintinin başlanılması üçün bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət komissiyanın rəyi də vacibdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR